• SOSİAL

    15:10 15 aprel 2022

Azərbaycanda yanvar-fevralda 616 əkiz, 33 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20 462 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub.

Doğulan körpələrdən 616-sı əkiz, 33-ü isə üçəmdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR