• SOSİAL

    18:48 5 noyabr 2019

Azərbaycanda yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan olunub

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

ONA-nın məlumatına görə, Şuranın açıqladığı məlumatda bildirilir ki, iclasda yeni radio kanalının yaradılması məsələsi müzakirə olunub.

Ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR