• SOSİAL

    11:07 13 may 2019

Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaqlar yaradılacaq

"Zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması ilə bağlı hökumətə təkliflər verilib, bunun üzərində iş aparılır".

ONA-nın xəbərinə görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

Ombudsmanın sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasında bir sıra uğurlar qazanılıb.

E. Süleymanova qeyd edib ki, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaqlara zorakılığın aradan qaldırılması vacibdir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR