Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.
APA-nın məlumatına görə, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edir.
Qeyd edək ki, səfər iki gün davam edəcək. Səfər iştirakçıları Şuşada bir sıra dini və mədəni abidələri ziyarət edəcək, məscidlərdə namaz qılacaqlar.