• SOSİAL

    11:53 29 may 2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 852 nəfər müraciət edib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 852 nəfər müraciət edib.

Bu haqda ONA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulub. Bu limit qurtaranda sənəd qəbulu da bitəcək".

Qeyd edək ki, bu il Azərbaycanda Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dollar təşkil edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR