• SOSİAL

    14:33 1 sentyabr 2020

Azərbaycandan tibbi maskaların aparılmasına qoyulan qadağa ləğv olunub

Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik qərarın qüvvədə olma müddəti ilə əlaqədardır.

Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.

Eyni zamanda ölkədən tibbi maskaların aparılmasına qoyulan qadağa da ləğv edilib.

Beləliklə, noyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı aşağıdakı kimidir:

Sıra

№-si

XİF MN üzrə kod

Malın adı

1

2

3

1.

2207 10 000 0

Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

2.

2207 20 000 0

Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

3.

2208 90 910 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

4.

2208 90 990 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

5.

Qrup 30-dan

Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində təsnifləşdirilənlər istisna olmaqla)

6.

3808 94-dən

Dezinfeksiyaedici vasitələr

7.

3822 00 000 0-dan

Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

8.

3926 20-dən

Baxillər

9.

4015 19-dan

Steril və qeyri-steril əlcəklər

10.

5603-dən

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar

11.

6210 10-dan

Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

12.

6307 90-dan

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

13.

9004 90-dan

Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər

14.

9019 20 000 0

Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı

15.

9025 19-dan

İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər

ONA

Teqlər:

SON XƏBƏRLƏR