Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə hədiyyə verib.
Körpənin atası Rauf Həsənov ONA-ya deyib ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün keçirilən görüşdə onlara mənzil və pul hədiyyə edib: “Mənzil Yasamal rayonu ərazisindədir. Sənədlərinə baxmadığımdan mənzilin neçə otaq olduğunu deyə bilmərəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.