Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.
APA-nın xəbərinə görə, Səfirlik İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar İtaliyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili olaraq, Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələrini xahiş edir:
1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;
3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).
“Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq”, - deyə müraciətdə bildirilib.