• SOSİAL

    15:16 21 may 2019

Azərbaycanın keçmiş prezidentlərinə və onların ailələrinə ödənilən vəsaitin məbləği bəlli olub

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminat xərcləri” üzrə hesabat ilində təsdiq edilmiş 304,9 min manat təyinat tam icra edilib.

ONA-nın məlumatına görə, bu barədə ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.

Hesabat ilində icra edilmiş məbləğ 2016-cı ilin müvafiq göstəricisindən 7,3 % çox, 2017-ci ilin xərcləri ilə isə demək olar ki, eynidir.

Hesabat ilində vəfat etmiş keçmiş Prezidentin ailə üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 45 min manat müavinət, keçmiş Prezidentə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi tərəfindən 90 min manat pensiya ödənilib, təmsilçilik xərcləri ilə bağlı Maliyyə Nazirliyi tərəfindən ümumilikdə 169,9 min manat vəsait xərc edilib.

““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR