• SOSİAL

    18:44 21 fevral 2019

Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanacaq

Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanacaq.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 21 fevral 2019-cu il tarixli fərmanı ilə təsdiqlənən “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının hüquqları sırasında ölkənin kibertəhlükəsizlik strategiyasının hazırlanmasında iştirak etmək əksini tapıb.

Əsasnamədə Komissiyanın vəzifələri də müəyyənləşib. Bu vəzifələr sırasında informasiya təhlükəsizliyinin təminatı və bu sahədə müvafiq texnologiyaların tətbiqi məsələləri ilə bağlı daxil olmuş müraciətlərə, texniki şərtlərə, təkliflərə rəy vermək, dövlət qurumlarının, habelə ictimai əhəmiyyətli infrastruktur obyektlərinin fəaliyyətində istifadə olunan proqram təminatının və antivirus proqramlarının yaradılması layihələrini əlaqələndirmək, onların təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil etmək, habelə açıq kodlu proqram təminatından istifadə imkanlarına baxmaq və dövlətin informasiya təhlükəsizliyinin qorunması məqsədilə kütləvi informasiya vasitələri ilə əlaqəli fəaliyyəti təşkil etmək də yer alıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR