Ölkədə mövcud olan su ehtiyatlarının 94,5 faizi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən paylanılır.
APA xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, həmçinin 5 faizi "Azərsu" ASC, 0,5 faizi də digər formada paylanılır:
"Ölkənin 25 milyard kub su ehtiyatı var. Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır".