Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovun ''Exploring the attitudes of university students and criminal justice professionals towards electronic monitoring in Azerbaijan: a focus group study'' (Azərbaycanda ədliyyə sistemində elektron bilərziklərə ictimai baxış: fokus-qrup təqdimatı) adlı kriminoloji məqaləsi “International Journal of Law, Crime and Justice” jurnalında (impakt faktoru 0.846) nəşr edilib.
APA-nın xəbərinə görə, araşdırmada bir sıra əhali qrupları üzrə respondentlərin alternativ cəza tədbirləri (elektron bilərzik) haqqındakı rəyləri öyrənilib.
Məlum olub ki, universitet tələbələri və hüquq-mühafizə orqanlarında çalışan 35 nəfərin əksəriyyəti elektron bilərziyin istifadəsini reabilitasiya imkanlarına görə dəstəkləsə də, onun potensial cinayətkarlarda qorxu yaratmaq gücünün zəif olduğu qənaətindədirlər.
Fokus qruplar “Azərkitab” Kitab Təbliğat Mərkəzində keçirilib. 35 nəfərin iştirak etdiyi müzakirələr 4 krupp üzrə aparılıb, 60-70 dəqiqə davam edib.
Məqalə “Elsevier” nəşriyyatı, eləcə də “Science Direct” informasiya bazasında Azərbaycanın ədliyyə sistemi ilə bağlı sayca 2-ci nəşrdir. İlk nəşr də məhz İnqilab Şahbazov və Elsevər Muradova məxsusdur.
Məqalə ilə https://www.sciencedirect.com/science/article/pii/S1756061619300783
linkindən tanış olmaq mümkündür.
Qeyd edək ki, yalnız jurnala üzvlüyü olanlar məqalənin tam forması ilə tanış ola bilərlər.