Azərbaycanlı insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələrin adları açıqlanıb.
ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib.
Sənəddə siyahının ilk pilləsində Türkiyə qeyd edilib. Belə ki, Türkiyədə 70, Rusiyada 11, BƏƏ-də 9, Azərbaycanda 6, Malayziyada 2, Pakistanda 1, İranda isə 1 faiz insan alveri qurbanları istismara məruz qalır.