"Azercell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradılıb
  • SOSİAL

  • 11:04 17 Sentyabr 2021

"Azercell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradılıb

"Azercell Telekom" MMC Qarabağın dirçəliş prosesində iştirak edib, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən abunəçilərinə Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün xüsusi imkan yaradıb.

Şirkətdən ONA-ya verilən məlumata görə, sadəcə bir SMS-lə Qarabağda bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması üçün Fonda ianə etmək mümkündür.

Abunəçilər mobil telefondan 8112 qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazıb SMS göndərməklə öz balanslarından 1, 3, 5, 10, 20 və 50 məbləğində ianə edə bilərlər.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi istiqamətində fəaliyyət göstərir. (https://qdf.gov.az).

“Azercell Telekom” MMC abunəçiləri üçün bu imkanı yaratmaqla hər kəsi Qarabağda aparılan quruculuq işlərini dəstəkləməyə, bu mühüm missiyanın bir parçasına çevrilməyə çağırır.

ONA

Teqlər: