• SOSİAL

    01:17 22 iyun 2019

"Azercell" pilot olaraq Azərbaycanda ilk 5G şəbəkəsini yaradacaq

Azərbaycan mobil rabitə operatoru "Azercell Telekom" cari ildə pilot olaraq 5G şəbəkəsini quracaq.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda dünyada 5G təkcə mobil rabitə xidmətləri üçün istifadə olunmur.

"Bu texnologiya nəhəng terminallarin insan faktoru olmadan idarə olunmasında istifadə olunur. Biz artıq bu il pilot versiya kimi bu texnologiyanın tətbiqi barədə düşünürük və onun tətbiqinə çox maraqlıyıq", - deyə V.Mürsəliyev qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR