• SOSİAL

    20:29 21 iyun 2019

"Azercell" yeni loqosunu təqdim edib

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC yenilənmiş loqosunu təqdim edib.

ONA-nın məlumatına görə, yeni loqo özündə yeni üslub və yeni istiqamət əks etdirir.

Şirkət, həmçinin yeni şüarını da təqdim edib – “Rəqəmsal dünyanı yarat”.

Yeni loqonun təqdimatı Heydər Əliyev mərkəzində keçirilib. Şirkət tərəfindən keçirilən rebrendinq münasibətilə “Rəqəmsal səma altında” adlı möhtəşəm şou təşkil olunub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR