"Azərsu" ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə, bəzi saytlarda Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb: "Rəsmi olaraq bildirirk ki, bu, yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur".