• SOSİAL

    10:05 29 avqust 2019

Babək prospekti bağlanıb

Babək prospekti müvəqqəti bağlanıb.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

Babək prospektindən şəhər istiqamətinə gələndə yolun sağ tərəfində 100 metrlik məsafədə qabarmalar olduğundan həmin hissənin bərpasına başlanılıb. Buna görə də yol müvəqqəti olaraq bağlanılıb. Hazırda sürücülər kənar yola yönləndirilir.

A. Nəcəfli bildirib ki, Babək prospektində işlər axşam saatlarına qədər yekunlaşacaq və yol açılacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR