• SOSİAL

    11:25 14 aprel 2022

Bağçalara qəbul iyuldan başlayacaq

“Birinci sinfə qəbulla bağlı son hazırlıq işləri görülür. Yaxın zamanlarda valideynlər Təhsil Nazirliyinin bununla bağlı elanını görə biləcəklər”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinə qəbul isə iyul ayından başlayacaq: “Bağçaların Təhsil Nazirliyinə verilməsi ilə bağlı işlər müəyyən vaxt alıb. Çünki elektron sistemləri qurmaq və işlək vəziyyətə gətirmək üçün müəyyən vaxt lazımdır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR