• SOSİAL

    11:28 29 may 2019

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Avroliqanın finalına görə gücləndirilmiş rejimdə çalışacaq

“Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində çalışacaq”.

ONA xəbər verir ki, bu barədə BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, BBAK Gürcüstan və İran istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-a qədər uzadıb: “Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq, xəttə əlavə ehtiyat avtobusları cəlb edib”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR