• SOSİAL

    11:43 13 may 2019

Bakı-Ələt-Qazax yolunda təmir işlər aparılır

Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Dövlət Bayraq Meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, Bakı şəhəri, Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmiryolu vağzalının qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR