• SOSİAL

    22:30 17 iyul 2020

Bakı metrosu avqustun 5-dək işləməyəcək

Nazirlər Kabinetinin bugünkü 256 nömrəli qərarının 2.3 bəndi metropolitenin sərnişindaşıma fəaliyyəti ilə bağlıdır. Əvvəlki qərarın (236 nömrəli) 2.2 bəndindəki "20 iyul" ifadəsi "5 avqust" ifadəsi ilə əvəz olunub.

APA "Bakı Metropoliteni"nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən xəbər verir ki, Bakı metrosu avqustun 5-i səhər saat 06:00-a qədər sərnişin daşımayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR