• SOSİAL

    17:20 3 iyun 2019

Bakı Nəqliyyat Agentliyində daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib

Bakı Nəqliyyat Agentliyində paytaxtda keçirilən UEFA Avropa Liqasının Final Oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib.

Agentliyin mətbuat katibi Mais Ağayevin ONA-ya verdiyi məlumata görə, görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli çıxış edərək oyun zamanı nəqliyyat əməliyyatlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu işləri lazımi səviyyədə icra edən daşıyıcı şirkətlərin rəhbərlərinə və sürücülərə minnətdarlığını bildirib.

Görüşdə həmçinin Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyduğu tələblər, onların icra vəziyyətinə dair tövsiyə və xəbərdarlıqlar edilib. O cümlədən avtobusların texniki baxımdan qoyulan tələblərə uyğunlaşdırılması, vətəndaşlara göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılmasının vacibliyi bir daha daşıyıcıların diqqətinə çatdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR