Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə təmir aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən xəbərə görə, aparılacaq təmir işləri ilə əlaqədar yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.