• SOSİAL

    13:10 29 iyun 2019

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edilib.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan ala bilərlər. İştirak haqqı 1000 manatdır.

İddiaçılar tenderdə iştirak üçün tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) iyulun 18-i saat 17.00-dək təqdim etməlidirlər. Tender təklifi və bank zəmanəti isə iyulun 29-u saat 17.00-dək təqdim olunmalıdır.

Bakı Şəhər İcra Hakimiyyətindən isə APA-ya bildirilib ki, tender təklifləri yekunlaşdıqdan sonra təkliflərə müvafiq komissiya tərəfindən baxılacaq: “Bundan sonra isə binanın hansı şirkət tərəfindən və nə zaman təmir olunacağı ilə bağlı qərar qəbul ediləcək”.

Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub. Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR