• SOSİAL

    14:54 1 may 2019

Bakıda istismar müddəti başa çatmış 541 lift dəyişdiriləcək

Bu ilin sonuna kimi Bakı üzrə istismar müddətini başa vurmuş 541 lift dəyişdiriləcək.

ONA-nın məlumatına görə, bu barədə "Liftəmir" İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov bildirib.

Onun sözlərinə görə, köhnə liftlər yeniləri ilə əvəz olunacaq.

Yeni liftlərin qiyməti 12900 dollar civarındadır.

Qeyd edək ki, Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Bakı şəhəri "Lifttəmir" İstehsalat Birliyi Almaniyanın Wittur Holding GMBH şirkəti ilə danışıqlar aparıb və müqavilə imzalanmasına hazırlıq işləri başa çatıb.

Artıq liftlərin birincisi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılıb.

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan bütün çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi nəzərdə tutulur. İlk olaraq Qaradağ rayonu Müşfiq qəsəbəsində liftlərin yenilənməsi prosesi həyata keçiriləcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR