• SOSİAL

    17:42 9 aprel 2019

Bakı və regionlarda 31 DOST mərkəzi yaradılacaq

“2019-2025-ci illərdə Bakı və regionlar üzrə 31 DOST mərkəzi yaradılacaq”.

ONA-nın xəbərinə görə, bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumda bildirib.

O qeyd edib ki, ilk DOST mərkəzinin yaradılması işləri başa çatır və yaxın vaxtlarda Bakının Yasamal rayonunda açılışı olacaq.

DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR