Bakı və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq.
Abşeron çimərliklərində şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 24-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 24-25-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.