Azərbaycanda 43 dərəcə isti olacaq
  • SOSİAL

  • 14:26 03 Avqust 2021

Azərbaycanda 43 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

ONA-nın xəbərinə görə, məlumatda bildirilir ki, avqustun 4-8-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40-41, respublikanın rayonlarında 35-40, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43 dərəcəyədək yüksələcəyi gözlənilir.

ONA

Teqlər: