• SOSİAL

    12:28 18 may 2019

Bakıda 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi keçirilir

Bakıda 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi keçirilir. ONA xəbər verir ki, Səhiyyə Nazirliyi, Tibb Universiteti və Azərbaycan Bariatrik-Metabolik Cərrahiyyə Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən konqresdə dünyanın 30-a yaxın ölkəsi və 9 dərnəyindən nümayəndələr iştirak edir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov tədbirdə çıxışı zamanı Azərbaycan səhiyyəsində son illərdə qazanılan uğurlardan danışıb. Bildirib ki, son illərdə Azərbaycanda səhiyyənin bariatrik cərrahiyyə sahəsində araşdırmalar aparılır.

Azərbaycan Bariatrik-Metabolik Cərrahiyyə Assosiasiyasının sədri Taryel Ömərov isə qeyd edib ki, 2018-ci ildə dünyada 500 min bariatrik cərrahiyyə əməliyyatı aparılıb: “Onlardan təkcə 228 min əməliyyat ABŞ-da keçirilib. Azərbaycanda son 6 ildə 2 minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilib. Bu o deməkdir ki, ölkəmizdə bədən kütlə indeksi 40-ın üzərində olan 2 minə yaxın insan əməliyyat olunub. Bu sahədə çox ciddi yeniliklərin əldə olunması bədən kütlə indeksi normadan artıq olan insanların sağlamlıqlarının bərpa edilməsi üçün olduqca mühümdür”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov bildirib ki, ilkin dövrdə icbari tibbi sığortanın xidmətlər zərfində bariatik cərrahiyyə ilə bağlı heç bir təminat nəzərdə tutulmayıb. Lakin gələcəkdə bu məələyə baxıla bilər.

Tədbir sabah da davam edəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR