• SOSİAL

    18:09 4 aprel 2019

Bakıda “Az avtomobil, çox həyat” adlı veloyürüş keçiriləcək

Aprelin 7-də Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ONA-ya verdiyi məlumata görə, yürüş ETSN və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilir.

Yürüşün keçirilməsində məqsəd insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR