• SOSİAL

    17:21 11 iyun 2019

Bakıda Azərbaycan Dizayn Zirvəsi keçiriləcək

İyunun 16-da Bakı Gənclər Mərkəzində "Azerbaijan Design Summit"i keçiriləcək.

APA xəbər verir ki, "Azerbaijan Design Summit" səhifəsi vasitəsilə tədbir haqqında yeniliklərdən xəbərdar olmaq və qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat ödənişsizdir.

"Azerbaijan Design Summit" dizayn sahəsində sözünü demiş ustaların və yeni başlayanlar üçün görüş yeridir. Qeyri-adi ideya sahiblərinin fikir mübadiləsi etdiyi, dizaynın mövcud durumundan danışdığı bu tədbirdə sürpriz qonaqlar və maraqlı hədiyyələr olacaq.

Tədbirdə ssenarist və aktyor Erkin Ergin, dizayner Rizvan Bağırlı, qrafik dizayner Elnur Babayev, “Azerbaijan Design Award” layihəsinin həmtəsisçisi və təşkilatçısı Ramin Nəsirov, rəssam-modelyer Aynur İsayeva, memar Sabiha Hande Tanriverdi iştirak edəcək.

Qeyd edək ki, qeydiyyat üçün aşağıdakı linklərdən istifadə edə bilərsiz:

Web: www.azerbaijandesignsummit.az

Facebook: azerbaijandesignsummit

Instagram: azerbaijandesignsummit

Linkedin: azerbaijandesignsummit

ONA

Teqlər:

SON XƏBƏRLƏR