• SOSİAL

    16:10 7 iyul 2023

Bakıda bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 8-9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33°-38° , bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

ONA xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Məlumata görə, Azərbaycanın rayonlarında iyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35°-38° isti, bəzi yerlərdə 41°-dək, dağlıq rayonlarda isə 23-28°-dək isti olacağı gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR