• SOSİAL

    11:33 12 aprel 2019

Bakıda bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Təmir-tikinti işləri ilə əlaqədar aprelin 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhya Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedn küçələrə yönəldiləcək.

Sıxlıq yaşanmasın deyə məhdudlaşmanın tətbiq edildiyi ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillərin sürücülərindən alternativ göstərilən yollardan istifadə etmələri xahiş olunur.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR