• SOSİAL

    18:23 20 mart 2019

Bakıda Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib

Bakıda “Caspian Biznes Otel”də Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib.

ONA-nın məlumatına görə, tədbir Almaniya Azərbaycan Tələbə və Elmi İşçilər Bbirliyinin (VASW) dəstəyi və ” Metax” şirkətinin təşkilatçılığı ilə keçirilib.

Tədbirin əsas təşəbbüskarlarından olan “Horizon Education Agency” şirkətinin layihə rəhbəri və həmtəsisçisi Ənvər Məmmədli tədbirin açılışında çıxış edərək deyib ki, Simpoziumun təşkil olunmasında əsas məqsəd ölkəmizdə mühəndis olmağa can atan gənclərin bu sahənin peşəkarları ilə görüşərək mühəndislik sahəsində bilik və bacarıqlarının artırılmasını təmin etmək, həmçinin, onları həvəsləndirmək və motivasiya etmək, gənclərimizin ölkəmizdə və xaricdə mühəndislik karyeralarını uğurla qurmasına təkan verməkdir.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əziziov ölkəmizdə istedadlı gənclərin yetişdiyini bildirib. Gənclərin müxtəlif layihələrdə yüksək səviyədə iştirakının vacibliyini diqqətə çatdıran R. Əzizov tələbələrimizin Birinci Qlobal Mühəndislik Simpoziumu kimi akademik səviyyəli tədbirlərdə iştirakını yüksək qiymətləndirərək tədbirin bu günümüz üçün çox aktual olduğunu qeyd edib. O, elmi simpoziumun gənclərin tədqiqatçılıq inkişafına böyük fayda verdiyini vurğulayıb.

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, ölkənin gələcəyi müasir düşüncəli gənclərin çiyinləri üzərində olacaq. Millət vəkili tədbirdə bir sıra xarici universitetlərdən olan professorların iştirakını da yüksək qiymətləndirib.

Tədbir 5 panel üzrə davam edib. Hər paneldə 3 spiker olmaqla, ümumilikdə yerli və xarici 15 spiker çıxış edib. Hər paneldə neft və qaz, kimya, mexanika mühəndisliyi, İT və geologiya elmləri üzrə çıxışlar olub. Tədbirdə Almaniya, İngiltərə, Rusiya, Hollandiya, Yunanıstan, Özbəkistan kimi ölkələrdən xarici ekspertlər çıxış ediblər. Tədbirdə çıxış edənlər – professor George Barakos (Almaniya), Emma Kocik (Polşa), professor Felix Plamper (Almaniya), professor Sharul Dol (Birləşmiş Ərəb Əmirlikləri), professor M. Pinar Menguc (Türkiyə), professor Dr. Ashish Seth (Özbəkistan), Şamil İslamov (Rusiya), professor Tulparxan Salavatov, Ənvər Məmmədli (Almaniya), Cəbrayıl Eyvazov, Elşən Abdullayev, Elvin Rüstəmli, Elmir Abbasoğlu, Ülvi Fətullayev, Sirac Həsənov ayrı-ayrı mövzularda təqdimatlar ediblər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR