• SOSİAL

    14:00 28 fevral 2019

Bakıda dini radikalizm və ekstremizm mövzusunda tədbir keçirilib

Bu gün Bakıda “Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar-müşavirə keçirilib.

ONA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov da iştirak edib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyin və Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri çıxışlarında dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, o cümlədən milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsi, dinin düzgün formada ictimaiyyətə çatdırılmasının önəminə toxunublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycan dini və etnik tolerantlığın, multikulturalizmin, birgə yaşayışın bir modeli kimi formalaşıb: “Yeni çağırışları dəyərləndirərək deyə bilərik ki, Azərbaycanda formalaşmış bu model dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. dünya üçün bu gün sülh istehsal edən bir ölkə imicini qazanıb, beynəlxalq təhlükəsizlik probleminə böyük töhfələr verməkdədir. Tədbirlərimiz bütün bölgələrdə keçirilir. Məqsədimiz dini mühitdə cərəyan edən tendensiyaları, cərəyanları xüsusilə bəzi xarici ölkələrdən gələn təhdidləri qiymətləndirmək və birgə mübarizəni koordinasiya şəklində gücləndirməkdir”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR