• SOSİAL

    15:06 25 aprel 2019

Bakıda "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilir

ADA Universitetində "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda ikinci beynəlxalq konfrans başlayıb.

ONA-nın məlumatına görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılışda iştirak edən Aİ-nin Azərbaycandakı nümayəndəsinin müavini Denis Daniilidis bildirib ki, son günlər Yeni Zelandiyanin Kraystçörç şəhərində və Şri-Lankada baş verən hadisələr onu göstərdi ki, dini radikalizmlə mübarizə hələ də başa çatmayıb. Tədbirdə Kraystçörçdə və Şri-Lankada həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışında qeyd edib ki, multikultural dəyərlərin təbliği Azərbaycanın yürütdüyü siyasətdə öz yerini tapıb: "Azərbaycanda 32 dini icma fəaliyyət göstərir. Ölkəmizdə dini və vicdan azadlığı mövcuddur".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, Azərbaycandakı dini liderlərin Brüsselə səfəri təşkil edilib. O həmçinin mayın əvvəlində Bakıda "İmagine" tolerantlıq festivalının keçiriləcəyini xatırladıb və bu tədbirin də müxtəlifliyə və tolerantlığa töhfə verəcəyini bildirib.

Konfrans sabah başa çatacaq.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR