• SOSİAL

    11:40 26 aprel 2019

Bakıda "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilib

Bakıda "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilib.
ONA-nın xəbərinə görə, seminar Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, 19 ildir Azərbaycanda 26 aprel "Beynəlxalq əqli mülkiyyət günü" qeyd olunur.
Onun sözlərinə görə, bu il "Beynəlxalq Əqli Mülkiyyət Günü" "Qızıl uğrunda" devizi altında keçirilir: "Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı son hesabatında Azərbaycan əqli mülkiyyətin qorunmasında 36-cı yerdə qərarlaşaraq, MDB məkanında liderdir".
K. İmanov qeyd edib ki, idmanın iqtisadi dəyəri əqli mülkiyyət hüquqlarına əsaslanan işgüzar əlaqələri gücləndirir: "Dünya Ümumi Daxili Məhsulunun 2%-i idman sektoru tərəfindən yaradılır. Dünya idman industriyasının 2023-cü ilə qədər inkişafı illik 7-11% artımla müşahidə olunacaq. İdman sahəsində geniş şəkildə istifadə olunan əqli mülkiyyət formalarından biri əmtəə nişanıdır. İdman klublarının adları əmtəə nişanı formasında qeydiyyatdan keçirilə bilər".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Azərbaycan dünya səviyyəli yarışları ən yüksək səviyyədə təşkil edən idman ölkəsidir.
Seminar çıxışlarla başa çatıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR