• SOSİAL

    15:44 22 may 2019

Bakıda bu ərazilərdə hava daha çox çirklənməyə məruz qalır - SİYAHI

May ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib.

ONA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O bildirib ki, Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçuda aparılmış monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub, bu da həmin ərazilərdə avtomobillərin çoxluğu ilə əlaqədardır.

Nazirlik rəsmisinin sözlərinə görə, Bakıda tozun miqdarı normadan yuxarıdır: "Bu, Bakının bütün rayonlarında tikinti işlərinin aparılması ilə bağlıdır. Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır".

U. Tağıyeva qeyd edib ki, müqayisəli təhlillərə əsasən, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR