• SOSİAL

    10:55 3 aprel 2019

Bakıda insan alverinə qarşı mübarizəyə dair seminar keçirilir

Bakıda "İnsan alverinə qarşı mübarizədə cinayət təqibi orqanlarının rolu" mövzusunda iki günlük beynəlxalq seminar keçirilir.

ONA-nın məlumatına görə, seminar Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun birgə maliyyələşdirdiyi "Azərbaycanda İnsan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Simona Qatti Avropa İttifaqının insan alverinə qarşı mübarizədə rolunu və öhdəliyini vurğulayıb. O, insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görmüş Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirdiyini qeyd edib. Aİ təmsilçisi deyib ki, Avropa İttifaqı Azərbaycanla bu sahədə əməkdaşlığa böyük əhəmiyyət verir: "Miqrasiyanın idarə edilməsi sahəsində Azərbaycanı dəstəkləməkdən məmnunluq duyuruq. Avropa İttifaqı indiyə kimi miqrasiya sahəsində əməkdaşlığa dəstək olmaq məqsədilə Azərbaycana 5 milyondan çox avro ayırıb".

BMqT-nın Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qyorqiyev deyib ki, layihənin məqsədi Avropa hüququna və beynəlxalq standartlara uyğun olaraq Azərbaycan hökumətinin insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirlərini dəstəkləməkdir.

Seminar sabah başa çatacaq.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR