Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraitini açıqlayıb.
Nazirlikdən APA-ya bildirilib ki, saat 20:00-a olan məlumatına görə şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.
Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb. Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal-qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.