• SOSİAL

    13:04 12 avqust 2023

Bakıda maksimal temperatur iqlim normasından 5.2 dərəcə yuxarı olub - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

ONA xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb. Bildirilib ki, havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR