• SOSİAL

    08:20 13 mart 2020

Bakıda Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılıb - FOTO


Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində mütəmadi olaraq dezinfeksiya işləri artırılır.

APA xəbər verir ki, bu məqsədlə gecə saatlarında mərkəzdə növbəti dezinfeksiya işləri həyata keçirilib.

Əvvələr burda müvafiq tıdbirlər ilk növbdə həftədə 1 dəfə həyata keçirilirdi. Lakin hazırda həftədə 2 dəfə olmaqla dezinfeksiya işləri aparılır. İşlər əsasən gecə saatlarında, 01:30-dan etibarən başlayır. Sözügedən mərkəzdən gün ərzində təxminən, 300 mindən artıq sərnişin hərəkət edir. Dezinfeksiya işləri çərçivəsində peronlar, gözləmə zalları, sərnişinlərin birbaşa təmasda olduğu qurğu və avadanlıqlar dezinfeksiya edilib.

Eyni zamanda, “Koroğlu” Mübadilə Mərkəzinin ətrafında olan parkın yaşıllıq ərazisi, oturacaqlar da dezinfeksiya edilib.

Qeyd edək ki, hər gün gecə saatlarında marşrut avtobusları da daşıyıcı şirkətlər tərəfindən dezinfeksiya edilir. Gündəlik olaraq, hər gecə 2100 avtobusda dezinfeksiya işləri görülür. Bununla yanaşı, 3 minə yaxın taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri şirkətlər tərəfindən dezinfeksiya edilib.

APA-ya məlumat verən BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev taksi sürücülərini də bu işdə fəal olmağa çağırırıb. Deyib ki, bu, həm sərnişinlər, həm də sürücülərin özləri üçün də vacibdir.

M.Ağayev əlavə edib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya zamanı istifadə olunan dərman preparatları sərnişinlər üçün diskomfort yaratmır: “Digər tədbir ondan ibarətdir ki, istər avtobuslarda, istərsə də mərkəzin ərazisində audio formada məlumat xarakterli informasiyalar səsləndirilir”.

Mərkəzin gözləmə zallarında sərnişin və sürücülər üçün xüsusi şəxsi dezinfeksiya məhlulları qoyulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR