• SOSİAL

    13:55 17 noyabr 2020

Bakıda poliklinikalar gücləndirilmiş iş rejiminə keçib

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan ( Bakı şəhəri üzrə ) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR