• SOSİAL

    19:36 31 dekabr 2019

Bakıda priotexniki vasitə satan iki nəfər saxlanılıb - FOTO

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı vətəndaşlara priotexniki vasitələr satan şəxslər saxlanılıb.

APA xəbər verir ki, Səbail RPİ-nin və Əlahiddə Çevik Polis Alayanın əməkdaşları priotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə reyd keçirilib.

Keçirilən reyd zamanı vətəndaşlara müxtəlif adda 2000 mindən çox priotexniki vasitə satan Bakı sakini 1966-ci il təvəllüdlü Məmmədov Etibar Surxay oğlu və Kəlbəcər sakini 1962-ci il təvəllüdlü Nəbiyev Bahadur İdris oğlu saxlanılıb.

Saxlanılan hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR