Aprelin 29-da gündüz və gecə saatlarında Bakının Nəriman Nərimanov küçəsinin hər iki tərəfində, həmçinin Heydər Əliyev prospekti Böyük Şor qovşağı ilə Sabunçu yol qovşağının kəsişməsində nəqliyyat qəzaları nəticəsində yararasız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ONA-ya bildirilib ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.