• SOSİAL

    11:32 26 aprel 2022

Bakıda qəzalı binaların inventarizasiyasına başlanılıb

Qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə Rayon İcra Hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyır

APA Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, şəhərdə qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq Sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib. Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi tapşırılıb. Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq, qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb. Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar”, - qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR