Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONA-ya verilən xəbərə görə, aprelin 18-dək davam edəcək görüşün məqsədi 2019-2022-ci illər üzrə həyata keçiriləcək fəaliyyətlər, əldə olunan təcrübələr, davamlı inkişaf məqsədlərinə nail olunmasında QEF-in rolu və Fondun növbəti Şurasının gündəliyinə daxil ediləcək məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.
Tədbirdə Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Qafqaz üzrə Regional Ekoloji Mərkəzin Azərbaycan ofisi və digər təşkilatların nümayəndələri iştirak edir.
Görüş çərçivəsində Qızılağac Milli Parkına səfər təşkil olunacaq.