• SOSİAL

    20:49 8 iyun 2019

Bakıya sıxılmış təbii qazla işləyən 120 sərnişin avtobusu gətiriləcək - FOTO

"Xaliq Faiqoğlu” şirkəti Bakıda ilk dəfə olaraq sıxılmış təbii qazla (CNG) işləyən avtobusları istismara verəcək.

Şirkətdən APA-ya verilən məlumata görə, AVRO-6 standartlarına cavab verən test “İsuzu Citiport CNG” avtobusu 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci “Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi”ndə nümayiş etdiriləcək.

Sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.

Şirkətdən həmçinin bildirib ki, müəssisə 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini Bakıya gətiriləcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR