• SOSİAL

    09:36 18 aprel 2019

Bakıda sürücülər üçün maarifləndirici tədbir keçirir

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda maarifləndirici tədbir keçirir.

İdarənin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, DYP-nin stasionar postlarında BDYPİ-nin hazırladığı “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda rəsm bukletləri sürücülərə təqdim olunur.

Həmin bukletlər yol hərəkəti qaydalarına riayət olunması, sürət rejiminə nəzarət edilməsi, sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi və digər tövsiyyələrdən ibarətdir.

Xatırladırıq ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi aprelin 5-dən mayın 25-nə qədər “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirdir. Müsabiqənin keçirilməsi, əsərlərin qəbulu, qiymətləndirilməsi və qaliblərin müəyyən edilməsi qaydaları Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi internet dyp.gov.az saytında yerləşdirilib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR